İsveç vətəndaşı öz yelkənli yaxtasını satıb və Ukrayna üçün təcili yardım maşınları alıb. Avtosfer.az bildirir ki, bu barədə "Xalqın xidmətçisi" özünün Telegram kanalında məlumat yayıb. Alınan avtomobillərdən birində isveçli Sumi vilayətinin Trostyanets şəhərinə gəlib. "Tanış olun, bu, İsveç vətəndaşıdır. O, Ukraynaya təcili yardım maşınlarının bir partiyasını almaq üçün yelkənli yaxtasını satıb. Onlardan birini özü idarə edərək, Sumi vilayətinin Trostyanets şəhərinə getdi. Tərəfdaşlarımıza təşəkkür edirik! Biz çətin anlarda millətimizə kömək etməyi heç vaxt unutmayacağıq", - yazıda deyilir.
Qeyd olunur ki, isveçli həkimlər də tibbi aparatların alınması üçün vəsait ayırıblar.
Milli.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man