Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın iki MiQ-29 qırıcısını və bir Su-25 təyyarəsini vurub.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, ötən gecə ərzində Ukrayna Silahlı Qüvvələrin məxsus 11 pilotsuz uçuş aparatı (PUA) da məhv edilib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri havada İzyum qəsəbəsi ərazisində Ukraynanın iki MiQ-29 qırıcısı və Avdiivka rayonunda bir Su-25 qırıcısını vurub. Klimovo, Nevelskoye, Novotroitskoye, İzyum, Panteleymonovka, Sladkovodnoye, Yasnoye yaşayış məntəqələri ərazilərində də havada Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatı vurulub. Bundan başqa Ukraynanın reaktiv yaylım atəşi sistemləri tərəfindən Çernobaevka qəsəbəsinə atılan 10 iri çaplı raket ələ keçirilib”, - o deyib.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man