Bütün Avropa İttifaqı (Aİ) ölkələrinin limanları Rusiya gəmiləri üçün girişi bağlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
"Aİ-nin ruslara qadağa ilə bağlı direktivi qüvvəyə minib. Bu, Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə, eləcə də fevralın 24-dən sonra Rusiya Federasiyasında qeydiyyatını dəyişdirmiş gəmilərə şamil edilir", - PA rəhbəri qeyd edib.
Onun sözlərinə görə, istisna yalnız SOS siqnalı göndərmiş gəmilərə aiddir: "Biz bu cür istisnaların necə tətbiq edildiyini və Rusiya Federasiyasının həll yolları üçün onlardan istifadə edib-etməməsinə nəzarət edəcəyik".
"Unikal"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man