“Ukraynadakı hədəf mövcud hakimiyyəti devirmək deyil” - Rusiya XİN

09 Mart 2022 | 22:47
OXUNUB: 1719
"Rusiyanın Ukraynadakı hədəfi mövcud hakimiyyəti devirmək deyil”.
 
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi onlayn brifinqdə deyib.

O qeyd edib ki, Rusiya Ukrayna ilə keçiriləcək sonrakı müzakirə raundlarından irəliləyiş gözləyir:

"Ukrayna tərəfinə mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün mümkün olan hər şeyi etməklə bağlı çağırış etmişik. Bundan sonrakı müzakirələrdə daha vacib addım atılacağına ümid edirik”.

XİN sözçüsü bildirib ki, martın 7-də keçirilən müzakirələrdə kiçik irəliləyiş əldə olunub.

"Ukraynada rus hərbçilərin vəzifəsi xalqa qarşı deyil. Hədəf Ukraynanı işğal etməyi, dövləti və mövcud hökuməti devirməyi ehtiva etmir”, - o əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man