Qəza yerindən yayınan sürücü bu hallarda CƏRİMƏLƏNƏ BİLMƏZ

18 Aprel 2022 | 11:37
OXUNUB: 2510

Bəzən qəzadan sonra sürücülərlə yol polisi arasında yaranan mübahisələrdən biri də hadisə yerinin tərk edilməsidir. Sürücülərə hadisə yerindən yayındığını əsas gətirərək 100 manat cərimə tətbiq olunur. Hətta bəzi hallarda sürücü sonradan yol polisi idarəsinə gəlsə belə yenə də hadisə yerindən yayınmaya görə məsuliyyətə cəlb edilir.
İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində qeyd olunur ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.
Lakin elə həmin maddənin qeyd hissəsində bildirilir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
Həmçinin zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
Yəni, əgər sürücülər arasında razılaşma varsa o zaman bu, hadisə yerindən yayınmaq hesab edilmir. Hətta Yol polisinin hadisə yerinə gəlməsini gözləmək belə lazım deyil.

Şəfa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man