Taksi sürücüsü sükan arxasında narkotik maddə istifadə edir? - VİDEO - YENİLƏNİB

Nəqliyyat TV 18 Aprel 2022 | 12:49
OXUNUB: 919

Taksi sürücüsünün sükan arxasında narkotik maddə qəbul etməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sosial şəbəkədə yayılan görüntülər əsasında mütləq araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək:

“Belə videoların sosial şəbəkədə yayılması yol verilməzdir. Bu kimi videoların şəbəkədə yayılmasının qarşısı alınmalıdır. Çünki bu faktlar görüldükdə və ya şübhəli hal ilə rastlaşan şəxslər aidiyyəti üzrə polisə məlumat versələr yaxşı olar. Çünki hazırda bu videoda avtomobilin dövlət nömrə nişanı bəlli olmadığından və sürücünün üzü aydın düşmədiyindən kimliyini müəyyən etmək zaman ala bilər. Lakin bütün hallarda məsələ araşdırılacaq”.

***

Azərbaycanda sürücünün sükan arxasında narkotik çəkdiyi iddia olunub. Avtosfer.az xəbər verir ki, sözügedən video sosial şəbəkədə paylaşılıb. Taksi fəaliyyəti ilə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsünün hərəkəti diqqət çəkib. 

Həmin görüntüləri təqdim edirik:

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man