Bakıda yük avtomobili sürücüsünün etdiyi təhlükəli hərəkətlər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-JK-780 qeydiyyat nişanlı “Ford” markalı yük avtomobilinin sürücüsü aprelin 12-də, paytaxtın Azadlıq prospektində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücü qarşıdan avtomobillərin gəlməsinə əhəmiyyət verməyərək onların üzərinə sürüb. Əks istiqamətdən gələn sürücülər qəzanın baş verəcəyini görərək dayanıblar. Təhlükə saçan hərəkətləri görən PPX əməkdaşları sürücünü dayandıraraq irad bildiriblər.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həmin sürücü barədə ciddi tədbir görəcək.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man