Azadlıq prospekti təmirə bağlanıb - Yol nə vaxt açılacaq? - VİDEO

Gündəm 16 Aprel 2022 | 22:16
OXUNUB: 1370

Bakının Azadlıq prospekti təmirə bağlanıb.

Avtosfer.az-ın məlumatına görə, bu gün səhər saatlarından Azadlıq prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsi nəqliyyatın hərəkətinə bağlanıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsindən Şamil Əzizbəyov küçəsinin kəsişməsinə qədər olan hissəsində əsaslı təmir işlərinə başlayıblar. Həmin ərazidə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək. Bununla yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunacaq, köhnə səki daşları yeniləri ilə əvəz ediləcək.  Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının asfalt örtüyü hündürlüyünə qaldırılması işləri icra olunacaq. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, yolda işlər iki gün aparılacaq və tam olaraq bazarertəsi istifadəyə veriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man