Bu ilin üç ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu hadisələr zamanı 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27, ölənlərin sayı 58, yaralananların sayı isə 3 nəfər artıb. Araşdırma aparılarkən müəyyən edilib ki, 392 qəzanın məhz sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyi müəyyənləşib. 9 halda piyadalar buna səbəb olub. Qeyd edək ki, bu qəzaların 125-i paytaxda qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, bu qəzalar zamanı 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Qeyd edək ki, paytaxda son 3 ay ərzində 89 piyadavurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Araz Əsgərli onu da bildirdi ki, ötən illə müqayisədə piyadavurma hadisələrinin sayı artıb. Bakı şəhərində qeydə alınan qəzaların təhlili aparılarkən o da məlum olub ki, ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizi sürət səbəbindən olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man