Goranboyda yarım əsrlik məktəb qəzalı halda - VİDEO

Gündəm 16 Aprel 2022 | 20:01
OXUNUB: 1570

Goranboy rayon 2 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb. 

Təxminən 50-55 il öncə tikilən binanın ikinci mərtəbəsində iri çatlar və çökmələr yaranıb. Bu səbəbdən də ümumilikdə 24 sinfin şagirdləri 1 saylı orta məktəbə köçürülüblər.  Həmçinin aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası da dəyişdirilib. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb.  Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə məlumat verilib. Aidiyyəti qurumlar binaya baxış keçirib.  Qeyd edək ki, qəzalı vəziyyətə düşən məktəbdə 1107 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man