Bakı şəhər sakini olan Cəmil Quliyev polis tərəfindən saxlanılıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Cəmil Quliyevin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. C.Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man