Bakıda kişini döyüb, 500 manatını aldılar

16 Aprel 2022 | 16:00
OXUNUB: 956

Bakı sakini döyülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Buzovna qəsəbəsi ərazisində 3 nəfərin xuliqanlıq zəminində qəsəbə sakini R.Süleymanovu döymələri barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elçin Muradov, Hafiz Mustafayev və Lerik rayon sakini Mahir Əhmədov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin R.Süleymanovu döyərək 500 manat pulunu almaları da müəyyən olunub. E.Muradov şübhəli şəxs qismində tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man