Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 8,340 mln. ABŞ dolları (14,178 mln. manat) dəyərində 1 088 ədəd kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğusu idxal edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sözügedən qurğuların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 9,3 dəfə, dəyər ifadəsində isə 2 dəfə artıb. Qeyd edək ki, dəyər ifadəsində ən çox suvarma qurğusu Türkiyədən gətirilib. Belə ki, hesabat dövründə Türkiyə Azərbaycana dəyəri 6,154 mln. dollar (10,462 mln. manat) olan 79 ədəd kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğusu tədarük edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man