DYP rəisinin qəza törətməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - 20-EX-200 - FOTO

Yol qəzaları 16 Aprel 2022 | 12:58
OXUNUB: 7171

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir DYP-nin rəisinin sərxoş olduğuna dair səsləndirilən fikirlər həqiqətə uyğun deyil:

"Bu, böhran xarakterli fikirlərdir. Hadisə aprel ayının 4-də baş verib. Qəza nəticəsində nə polis əməkdaşı, nə də digər avtomobildə olan sürücü və sərnişinlər xəsarət almayıb. Hadisədən dərhal sonra hər iki sürücü sərxoşluq müayinəsindən keçirilib. Müayinənin nəticəsi əsasında sürücülərin hər ikisinin sərxoş olmadığı məlum olub. Hadisə barədə müvafiq araşdırmalar davam edir. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

DİN rəsmisi əlavə edib ki, qarşı tərəfin avtomobili idarə etmək üçün sürücülük hüququ və müvafiq etibarnaməsi olmayıb.

***

11:57

Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.

"Unikal" “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.

Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı “Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn “Mercedes-Benz” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.

Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.

Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik:

 

  • DYP rəisinin qəza törətməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO (YENİLƏNİB)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man