"Tesla" 600 minədək avtomobilini geri çağırır

16 Aprel 2022 | 12:44
OXUNUB: 1011

"Tesla" şirkəti, son beş ayda səkkizinci dəfə sürücülərin və sərnişinlərin təhlükəsizliyini sual altına qoyan problemlərə görə 600 minədək avtomobilini bazardan geri çağırır.

Avtosfer.az xəbər verir ki, 2020-2022 Y, X və S Model, eləcə də 2017-2022 Model 3 markalı 595 minə yaxın avtomobil sürücülərə hərəkət edərkən səs siqnalı çıxarmaq üçün nəzərdə tutulan "Boombox" funksiyasına görə geri çağırır.

Daha əvvəl ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) elektriklə işləyən avtomobillərin səssiz olmalarını, o cümlədən piyadaların təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, bu növ avtomobillərdə əlavə səsli siqnallar üçün müvafiq avadanlığın quraşdırılmasını şərt kimi irəli sürmüşdür.

Bu avadanlıq "Tesla" avtomobillərində "Boombox" adlanır. Geri çağırılan avtomobillərdə bu sistem standart səs siqnallarından əlavə istifadəçilərin seçdiyi siqnallarla əvəz oluna bilər.

NHTSA belə qənaətə gəlib ki, "Boombox"-un bu xüsusiyyəti təyin olunmuş təhlükəsizlik qaydalarına uyğun gəlmir.

"Unikal"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man