Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Yol qəzaları 16 Aprel 2022 | 11:59
OXUNUB: 1845

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, “Toyota” markalı minik avtomobili hərəkətdə olan zaman “Nissan” markalı maşını idarə edən şəxs sürətlə hərəkət edərək ona çırpılıb.

Daha sonra “Nissan” markalı maşın divara çırpılıb.

Qəza nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları gəlib.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

APA

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var- FOTO Bakıda iki avtomobil toqquşub, xəsarət alan var- FOTO Bakıda iki avtomobil toqquşub, xəsarət alan var- FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man