Belarus Avropa İttifaqına üzv dövlətlərdə qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.
APA xəbər verir ki, bu barədə "BELTA"-ya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, 16 aprel 2022-ci il saat 00:00-dan etibarən Avropa İttifaqında qeydiyyatda olan nəqliyyat vasitələrinin (avtomobil və traktorların) Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən Belarus ərazisinə keçirilməsinə qadağa qoyulub.
İstisna şəklində avtomobillərin müəyyən keçid məntəqələrindən yük əməliyyatları və daşımaların aparılması üçün xüsusi yaradılmış yerlərə keçməsidir.
Bununla belə, bu məhdudiyyət 2022-ci il aprelin 23-dək artıq Belarus ərazisinə daxil olan avtomobillərə şamil edilmir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man