İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Körfəzdə yanacaq qaçaqmalçılığına cəhd edən daha bir xarici gəmini saxlayıb.
Avtosfer.az xəbər verir ki, gəmidən 250 min litr yanacaq müsadirə olunub. Gəminin 7 ekipaj üzvi barəsində həbs qərarı çıxarılıb. Qeyd edək ki, ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olması ilə bağlı məlumat verilməyib. Xatırladaq ki, son bir həftə ərzində İran, Fars Körfəzi sularında yanacaq qaçaqmalçılığına cəhd edən iki gəminin saxlanıldığını bildirmişdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man