"Dünya kənara çəkilsə, özünü itirəcək. Dünya liderləri bu müharibənin dayandırılması üçün səylərini artırmasalar mən bütün dünya xalqlarına bu soyqırımla bağlı müraciət edəcəyəm”.
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də feysbuk səhifəsinə etdiyi videomüraciətində bildirib.
"İşğalçılar Sumını - tarixdə heç vaxt Rusiyanı hədələməyən sülhsevər şəhərimizi yenidən bombalayıblar. Rusiya son 30 ildə 13 gün ərzində Ukraynada itirdiyi qədər aviasiya texnikası itirməyib. 13 gündür biz yalnız vədlər eşidirik və 13 gündür deyirlər ki, indilərdə havadan yardım edəcəyik, təyyarələr olacaq. Ukraynada aviazərbələr nəticəsində həlak olanlara görə məsuliyyəti Rusiya daşıyır. Qərbdə kabinetlərdə oturub Ukrayna səmasının təhlükəsizliyi ilə bağlı qərar verməyənlər də məsuliyyət daşıyırlar. Dünya liderləri bu müharibənin dayandırılması üçün səylərini artırmasalar mən bütün dünya xalqlarına bu soyqırımla bağlı müraciət edəcəyəm”, - Volodimir Zelenski bəyan edib.