Azərbaycanın ukraynalı qaçqınlara humanitar yardımı davam edir. Bu gün səhər saatlarında dəyəri 1.7 milyon manatdan artıq olan 29 tonluq növbəti yardım Moldovaya müvəqqəti sığınmış qaçqınlar üçün göndərilib.
Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib. Moldovada müvəqqəti məskunlaşan Ukraynalı qaçqınlara göndərilən 29 tonluq humanitar yardımın dəyəri 1.7 milyon manatdan artıqdır. Humanitar yardımın kişinyova çatdırılması üçün ayrılmış təyyarə bu gün səhər saatlarında moldova və ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə heydər əliyev adına beynəlxalq hava limanından yola salınıb. Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi preparatlar, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat məbləğində 520 tona yaxın humanitar yardım göndərilib. Bu isə ölkəmizin qlobal humanitar missiyasını uğurla davam etdirdiyini sübut edir. Azəraycan daim humanizm prinsiplərindən çıxış edərək yardıma ehtiyacı olan ölkələrə dəstək göstərir. Bu, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətin tərkib hissəsidir. Xatırlaq ki, koronavirus kimi bəşəri pandemiya ilə mübarizədə də Azərbaycan həmrəylik əlaməti olaraq Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımlar edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man