Kürdəmirdə sakinlər su kanallarını əl ilə təmizləyirlər. Halbuki bu cür mövsümi təmizlik işləri suvarma sistemləri tərəfindən aparılmalıdır. Bəs aidiyyəti qurum bu məsələyə nə deyir?
Adətən payız-qış mövsümündə su kanalları və arxları təmizlənilir ki, növbəti suvarma dövründə hər hansı bir çətinlik yaranmasın. Ancaq Kürdəmir mənzərə daha fərqlidi. Rayonun Söyüdlər və Sövlə kənd sakinləri suvarma kanalarını əl ilə təmizləyirlər. Sakinlərin sözlərinə görə, sonuncu dəfə su kanalı 2015-ci ildə də əl ilə təmizlənib. Bu cür yerüstü kanalların vaxtı vaxtında təmizlənməməsi fermerlərin işini daha çətınləşdirir. Buna görə də fermerlər vaxtı vaxtında əkinlərini suvara bilmir, həm də yayda su qıtlığına səbəb olur. Məsələyə Kürdəmir Suvarma Sistemləri idarəsindən münasibət bildirilib. Qeyd edək ki, rayon ərazisində suvarmada su mənbəyi kimi Kür və Girdiman çayından və Yuxarı Şirvan kanalından istifadə olunur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man