Tələbə qızı intihara sevgilisi məcbur edibmiş - “45 dəqiqən qaldı”

15 Aprel 2022 | 20:34
OXUNUB: 1431

Ötən ilin may ayında Şəkidə tələbə qızın intiharının səbəbləri məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində 2001-ci il təvəllüdlü Məlahət Quliyevanın (ad və soyad şərtidir) özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işinin istintaqı zamanı dəhşətli faktlar üzə çıxıb.

Məlum olub ki, universitet tələbəsi olan Məlahəti sinif yoldaşı olmuş və 2019-cu ildən sevgi münasibətləri yaranan İsmayıl Rəhimov özünü öldürmə həddinə çatdırıb. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış işin araşdırılması zamanı üzə çıxan faktlar səbəbindən İsmayıl Rəhimov həbs edilib.

Araşdırmalar zamanı Məlahətin telefonundakı son yazışmalar istintaqın diqqətini cəlb edib. Məlum olub ki, 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib. Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyini deyib.

İsmayıl hədələrinin real olmasını göstərmək məqsədilə vaxtılə çəkdiyi görüntüləri vatsap proqramı vasitəsilə mayın 12-də ona göndərib: “Mən bu videoları qardaşına, atana göndərdikdən sonra onlar özləri sənin başını kəsəcəklər. Yaxşısı budur, 1 saat ərzində özün-özünü öldür”.

Həmin gün onlar arasındakı yazışmalar saat 12:25-dən 13:47-dək davam edib. Bu zaman (saat 13:21-də) Məlahət İsmayıldan 1 gün vaxt istəsə də, İsmayıl bununla razılaşmayıb və israrla onun intihar etməsini tələb edib. 15 dəqiqə sonra isə İsmayıl Məlahətə “45 dəqiqə vaxtın qaldı” yazaraq hədələrinin şiddətini daha da artırıb.

İsmayılın onun görüntülərini yayacağı ilə bağlı hədələrini gerçəkləşdirəcəyi təqdirdə biabır olacağını yəqin etməsi səbəbindən yaranmış emosional gərginlik halında autoaqressiv davranış nümayiş etdirən Məlahət həmin gün saat 14 radələrində yaşadığı evin həyətində xurma ağacından özünü asaraq həyatına son qoyub.

Şəki Rayon Məhkəməsi onun 7 il müddətinə həbs edilməsinə qərar verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man