Məhəllələr "tras"açevrilir, ara küçələrdə də tıxaclar yaranır - nə etməli?

15 Aprel 2022 | 19:00
OXUNUB: 1143

Bakı küçələrində artıq əsas yollarla bərabər alternativ yollarda da nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilməkdədir. Bir sıra vətəndaşlar məhəllədaxili yollarda avtomobillərin intensiv hərəkətindən şikayət edir.

Bildirilir ki, bəzi ara küçələrdə avtomobillər olduqca sürətlə hərəkət edərək burada yaşayan sakinlər və azyaşlılar üçün təhlükə yaradır. Bununla bərabər evlərin yaxınlığında park edilən avtomobilllərə də tez-tez ziyan dəydiyini müşahidə edilir. 

Bəzən isə sözün həqiqi mənasında ara küçələrdə əsas yollar kimi uzun tıxaclar meydana gəlir.
Bəs bu küçələrdə nəqliyyat vasitələrinin sıx hərəkətinin səbəbi nədir?

Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli bildiridi ki, Bakıda ictimai nəqliyyatın bərbad olması səbəbindən vətəndaşlar fərdi avtomobillərdən və taksilərdən daha çox istifadə edirlər. Belə olan halda, paytaxtda avtomobillərin sayı da artır, bu səbəbdən də yollarda tıxaclar yaranır. Tıxacların müxtəlif səbəbləri var: Parklanma yerlərinin təşkil olunmaması, yol infrastrukturunun yaxşı qurulmaması, yolların daraldılmasını və s:

“Bu tıxacların yaranması səbəbi ilə sürücülər alternativ yollar axtarırlar. Bu zaman məhlə və yaşayış məntəqələrinin yollarından istifadə etməli olurlar. Bu problemi müvafiq qurumlar həll etməlidir. Əgər sürücü hər hansı maneə ilə üzləşirsə, yolunu dəyişməyə, alternativ yollardan istifadə etməyə məcburdur”. 

Ekspertin sözlərinə görə, bunun üçün ilk olaraq Bakı şəhərində avtomobil yollarının optimallaşdırılması həyata keçirilməlidir: “Təəsüf ki biz, bu gün bunun tamamilə əksini görürük. İqtisadiyyatımız böyüdükcə nəqliyyat vasitələrinin sayı da artır. Lakin buna baxmayaraq nəqliyyat vasitələrinin rahat hərəkəti üçün hər hansı işlər həyata keçirilmir. Əksinə yollar əsassız olaraq daraldılır, heç bir standarta uyğun gəlməyən hər hansı layihə Azərbaycanda tətbiq edilir və bunu uğurlu layihə kimi təqdim edirlər. O küçələrdə monitorinq apararkən məlum olur ki, yenidənqurma işləri aparılan küçələrin infrastrukturu tamamilə qurulmayıb. Orda yerləşən obyektlərin sayına görə parklanma yerləri təşkil olunmayıb, yollar daraldılıb, həmin ərazilərdə yaşıllaşırma işləri aparılmayıb, kanalizasiya lyukları qoyulmayıb, yollar yaxşı işıqlandırılmayıb, yalnız beton və asfalt çəkilib. Yol infrastrukturu belə olmamalıdır, mükəmməl qaydada qurulmalı, gələcək 10 il nəzərə alınmalıdır”. 

“Təəsüf ki, həyata keçirilən layihələrdə bu gün nəzərə alınır və bunun da böyük fəsadları olacaq. Yenidən həmin küçələrin sökülüb dağıdılması, enləndirilməsi prosesləri gedəcək. Məsələn, Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani küçəsində onlarla qəza baş verdikdən, vətəndaşlara külli miqdarda zərər dəydikdən sonra burada tikilmiş səki və çıxıntılar sökülərək dağıdıldı və yollar yenidən genişləndirildi. Bu gün sürücülərin alternaytiv yol kimi məhlə və küçələrin yollarından istifadə etməsi bu problemdən irəli gəlir”, - deyə, ekspert əlavə edib. 

Məhlədaxili yollarda intensiv hərəkəti nəzərə alaraq tənzimləmə nişanlarının, işıqforların tətbiq oluna biləcəyi ilə bağlı sorğumuza cavab olaraq Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, işıqforun quraşdırılması üçün ərazi təhlil edilməlidir: “Bu təhlillərin nəticələrinə uyğun olaraq yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün gərəkən addımlar atılır. Təhlillər aparılarkən əsasən vətəndaş müraciətləri əsas götürülür”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man