Rusiyanın Ermənistandakı Cənub Hərbi Dairəsinin (SMD) hərbi bazasının ordu aviasiyasına məxsus Mi-8MTV və Ka-52 “Alliqator” helikopterlərinin döyüş hazırlığı yoxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, pilotlar yüksək dağlıq ərazidə təlim uçuşları həyata keçiriblər. Məlumata görə ekipaj gecə və gündüz tapşırıqlarını, bölmə və eskadrilyaların tərkibində mürəkkəb akrobatika elementlərini, havada uçuş rejimində axtarış-xilasetmə əməliyyatlarını və şərti yaralı hərbi qulluqçuların təxliyyəsini həyata keçiriblər.
"Onlar həmçinin Cənub Hərbi Dairəsinin Alaqyaz və Kəmxud poliqonunda yerləşən bazasının hərbi qulluqçularının aviasiya bölmələri ilə qarşılıqlı əlaqəsini məşq ediblər. Ekipajlar mühərriklərdən birinin nasaz olması şəraitində təyyarənin yerə endirilməsini də məşq ediblər", - məlumatda deyilir.
Təlim uçuşlarında 140-dan çox uçuş və mühəndis-texniki heyət iştirak edib, 60-a yaxın hərbi texnika cəlb olunub.
AzVision.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man