Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində Şamil adlı şəxsin odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs-Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Şamil Behbudov saxlanılıb.Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman Şamil Behbudova məxsus çantadan “AK-74” markalı avtomat, 30 ədəd həmin silaha məxsus patron və sandıqça aşkar olunaraq götürülüb. Ş.Behbudov ifadəsində “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırmalar zamanı saxlanılan şəxsin avtomatı satmaq məqsədilə Bərdədən Mingəçevir şəhərinə gəldiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Behbudov barəsində həbs qətimkan tədbiri seçilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man