Əfsanəvi “Titanik” gəmisinin batmasından 110 il keçir - FOTO - VİDEO

Maraqlı 15 Aprel 2022 | 12:00
OXUNUB: 864

Bu gün bütün dünyaya səs salan əfsanəvi "Titanik" gəmisinin süqutundan düz 110 il ötür. 

Avtosfer.az xəbər verir ki, bu gün ABŞ, Britaniya və dünyanın digər ölkələrində hüznlə yad edilir.

История фото: «Титаник» и самый дорогой снимок в мире

"Titanik" gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri, bəlkə də ən birincisi hesab olunur.
Gəminin Atlantik okeanda aysberqlə toqquşaraq batması hekayəsi hər kəsə tanışdır. Qəza nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub. Yalnız 705 insan xilas ola bilib. Bu qədər insan itkisi hadisəsi bir əsr keçməsinə baxmayaraq dövrümüzə qədər gəlib çatıb və dünyada məşhurluğunu itirməyib. Haqqında dəfələrlə filmlər çəkilib, kitablar yazılıb. Gəmidə məhv olan fərqli insan taleləri bu bir əsrdə yaradıcı insanlara ilham olub, cəmiyyət arasında maraqla qarşılanıb. 

корабль титаник - bagno.site
Britaniya istehsalı olan “Titanik" öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı.
66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanılıb. 1911-ci il mayın 31-də isə gəmi istismara verilib.
"Titanik" 1912-ci il aprel ayının 10-u ilk və son səfərinə yola düşüb.
İngiltərənin Sauthempton limanından Nyu Yorka yola düşən gəmi yolda iki dəfə dayanıb - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında.
Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.
Aprelin 14-dü saat 23:40-da “Titanik” aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb.
Dövründə bir çoxlarının ən əlçatmaz arzusu olan “Titanik” okean sularına qərq olaraq əbədi tarixə qarışıb. 

Подводные экскурсии на "Титаник" станут реальностью в 2021 году - РИАНовости, 05.11.2020

Туристам предложили экспедиции на «Титаник» — National Geographic Россия

Qeyd edək ki, Ballard şirkəti “Titanik”in qalıqlarını tapmaq üçün axtarışa başlayıb. 1985-ci ildə Jean-Louis Michelın rəhbərlik etdiyi Fransız tədqiqat qrupu ilə Dəniz Qüvvələrinin okeanoqrafik tədqiqat gəmisinin göyərtəsində təxmin olunan ərazidə okeanın səthindən 12,000 fut aşağıda ilk dəfə olaraq, batan “Əfsanə”nin qalıqları 73 il sonra endirilən kameralar vasitəsilə ekranda görünüb.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man