"Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 600-dən çox abunəçisi var.
Avtosfer.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib. "Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib. "Şuşa da daxil olmaqla Qarabağda şirkətlər fəaliyyət göstərir. Onların işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradırıq, xətlərimizi yeniləyirik. Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binalarını, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda tikilən hava limanını, rayonun Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Aəzrbaycan işığı ilə təmin olunur" - deyə V.Aydınoğlu əlavə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man