Eyni gündə 8 "Bugatti" aldı; ikisini özünə, altısını uşaqlarına - FOTO

15 Aprel 2022 | 08:37
OXUNUB: 2543

Fransanın Molşem kommunasında tarixdə az rastlanan alqı-satqı baş tutub. Avtosfer.az-ın xəbərinə görə, “Bugatti”nin baş ofisində (zavod da buradadır) 8 avtomobil müştəriyə təqdim edilib.
Adı və vətəndaşlığı açıqlanmayan müştəri özü üçün 1 ədəd “Chiron Super Sport 300+” və 1 “Veyron Grand Sport” alıb. 
Varlı atanın özünə aldığı maşınlara gəlincə, “Chiron Super Sport 300+” bu günlərdə Londonda 4 milyon funta (5 milyon dollardan yuxarı) satılıb. “Veyron Grand Sport” isə nisbətən ucuzdur. Modelin zavod qiyməti təxminən 1,5 milyon avrodur.
Bundan əlavə, zəngin müştəri uşaqlıarı üçün də 6 ədəd “Bugatti Baby” alıb. 
Bəs “Bugatti Baby” nədir?
2018-ci ildə 110 illik münasibəti ilə “Bugatti” şirkəti məşhur “Type 35” modelinin (1926-cı il) müasir variantını hazırlamaq qərarına gəlir. Bu məqsədlə başqa şirkətlə danışılaraq avtomobilin 75%-i ölçüsündə yeni model hazırlanır. Yeni avtomobil dizayn etibarı ilə “ata”sından seçilmir. Yeganə fərq bu modelin elektrilə hərəkətə gətirilməsidir. Bu avtomobilin cəmi 500 ədəd hazırlanması nəzərdə tutulub. İstehsaldan əvvəl avtomobilin vergilər xaric 30 000 avroya satılması nəzərdə tutulurdu. Fransız elan saytlarında isə bu model təkrar bazarda 200 000 avroya təklif olunur. 

Bir sözlə, varlığa nə darlıq.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man