Bakının Yasamal rayonunda yerləşən mənzillərdən birində tüstülənmə olub.
Avtosfer.az xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Belə ki, tüstülənmənin səbəbi ev sahibinin yemək qazanını yanar qazın üzərində unutması olub. Ev sahibi qazı söndürməyi unudaraq, qapını bağlayıb evdən gedib.
Yanğınsöndürənlər evə pəncərədən daxil olaraq qazı söndürüb və baş verə biləcək yanğın təhlükəsinin qarşısını alıblar.
Trend
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man