Ötən ay Bakıda avtobuslarla 39,4 milyon səfər sayı qeydə alınıb

14 Aprel 2022 | 15:58
OXUNUB: 683

2022-ci ilin mart ayında Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə 39.4 mln sərnişin səfər sayı qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, qeydə alınan 64%-i nağdsız ödnişlə həyata keçirilib. Vətəndaş müraciətləri nəzərə alınmaqla iki yeni müntəzəm marşrut xətti təşkil edilib. Nəticədə gündəlik 1700 nəfərdən artıq vətəndaşın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. 9 müntəzən marşrut xətti üzrə isə hərəkət sxemi təkmilləşdirilib.

Hesabat dövründə paytaxtın inzibati ərazisində 445 yol nişanı quraşdırılıb ki, bu da illik hədəfin 30% deməkdir. 143 piyada keçidi yenilənib. 9 ünvanda isə yeni piyada keçidləri təşkil edilib. 5 piyada keçidi isə sarı döyünən işıqla təchiz edilib. 8 küçə və prospektdə təhlükəsizlik səviyyəsi artırılıb. Nəqliyyat tələbatı nəzərə alınmaqla 4 məntəqədə 18 pakrlanma yeri təşkil edilib. Yol hərəkətinin təşkili və infrastruktur işləri çərçivəsində 2 təhsil müəssisəsinin ətrafında sürət həddi 30 km/s-a endirilib. Nəticədə piyadaların təhlükəsizliyi təmin edilib və qəzaların başvermə riski azaldılıb.

Cari ilin mart ayında Agentliyə 1448 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 92% cavablandırılıb. “Alo141” çağrı mərkəzi üzərindən 5120, sosial şəbəkələr üzərindən isə 324 müraciət cavablandırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayət xarakterli müraciətlərin sayı 33% azalıb, məmnunluq səviyyəsi isə 18 % artıb. Pandemiya şərtləri nəzərə alınmaqla 92 nəfər vətəndaşın qəbulu həyata keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man