Dövlət qurumları Nərimanov rayonunda monitorinqlər aparır - FOTO

Gündəm 14 Aprel 2022 | 14:38
OXUNUB: 643

Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması məqsədilə Nərimanov rayonu ərazisində də reydlər keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. 

Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli struktur bölmələrinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən insanların kütləvi toplaşdığı ictimai-iaşə obyektlərində yanğın və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlər görülür.  

Mütəxəssislər tərəfindən obyektlərə baxışlar keçirilir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır. Aşkar edilmiş pozuntularla bağlı dərhal qanuna müvafiq tədbirlər görülür. Təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılır. 

İctimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, qanuna müvafiq tədbirlərin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasıdır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man