Bakıda obyektdə dava edən şəxslər barışıb

13 Aprel 2022 | 20:51
OXUNUB: 1545

Bakıda sahibkar Fəhmin Əlizadə nəğməkar-şair Cəlal Qurbanov tərəfindən döyülməsinə aydınıq gətirib.

F.Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, C.Qurbanovla aralarında barışıq əldə olunub: “Bir neçə gündür sosial mediada Cəlal Qurbanovun barəsində məlumatlar yayılmaqdadır. Aramızda yaranan anlaşılmazlıq nəticəsində özüm də istəmədən bu hallanmanın iştirakçısı oldum. Qeyd etmək istəyirəm ki, Cəlal Qurbanov ziyalı ailənin övladıdır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində onunla iş birliyimiz var və tanışlığımız ərzində həmişə aramızda qarşılıqlı hörmət olub. Eyni zamanda maddi-mənəvi heç bir öhdəliyimiz olmayıb. Hazırda aramızda yaranmış narazılıq aradan qaldırılıb və barışıq əldə edilib. Bundan sonrada onunla münasibətlərimiz və iş birliyimiz yenidən əvvəlki kimi hörmət çərçivəsində davam edəcək". Qeyd edək ki, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man