Rusiya dəmir yolu ilə yükdaşımaların coğrafiyasını dəyişməyə hazırlaşır

13 Aprel 2022 | 16:58
OXUNUB: 803

“Rusiya Dəmir Yolları” QSC yükdaşımaların coğrafiyasını dəyişməyə hazırdır. Avtosfer.az xəbər verir ki, bunu “TransRusiya” forumunda QSC-nin baş direktorunun birinci müavini Sergey Pavlov deyib.
“İndi biz görürük ki, yüklər Transxəzər marşrutları, Qazaxıstan, Azərbaycan vasitəsilə qərbdən şərqə, eləcə də cənuba yönəldilir. Bu, yeni çağırışdır və biz buna hazırıq”, - Pavlov bildirib.
O, həmçinin qeyd edib ki, yüklərin yeni marşrutlara istiqamətləndirilməsi infrastrukturun daha da inkişaf etdirilməsini tələb edir. Buna görə də şirkət şərq poliqonunun ötürmə qabiliyyətinin və daşıma qabiliyyətinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.
“Rusiya Dəmir Yolları” Dərbənd (Dağıstan) sərhəd-keçid məntəqəsinin layihələndirilməsi və inkişafı üzrə işləri başa çatdırır, həmçinin bu il yeni Nijneleninskoye (Yəhudi Muxtar Vilayəti, Rusiya) – Tontszyan (Çin Xalq Rerpublikası) keçid məntəqəsinin açılmasını gözləyir.
Bundan əlavə, forum çərçivəsində “Rusiya Dəmir Yolları” və FESCO nəqliyyat şirkəti konteyner daşımalarının təşkili texnologiyalarının birgə işlənməsi haqqında razılığa gəliblər. Müqavilə çərçivəsində müntəzəm dəmir yolu konteyner xidmətlərinin, o cümlədən beynəlxalq istiqamətlərə daşınması üçün proqramların birgə hazırlanması planlaşdırılır.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man