COVID-19 pandemiyası səbəbindən 63 aviaşirkət müflis olub

13 Aprel 2022 | 17:44
OXUNUB: 501

COVID-19 pandemiyası nəticəsində 2020-ci ildən bəri 63 aviaşirkət müflis olub, yaxud yenidən strukturlaşdırılıb və 2022-ci ildə daha 20 aviaşirkətin müflis olacağı proqnozlaşdırılır.

Avtosfer.az xəbər verir ki, bu, Amerikanın aparıcı beynəlxalq konsaltinq şirkəti “Oliver Vayman”ın “2022-2032-ci illər üçün qlobal donanma və texniki xidmət bazarının proqnozu” adlı son hesabatında əksini tapıb. Hesabata görə, daha dayanıqlı aviaşirkətlər üçün isə bu il yanacağın qiymətlərinin artması ilə əlamətdar olacaq ki, bu da neft qiymətlərinin yüksəlməsi və hava səyahətlərinin bərpası səbəbindən sektorun ümumi xərclərinin 20 faizini təşkil edəcək.

“Oliver Vayman” daxili uçuşların qitələrarası uçuşlardan daha tez pandemiyadan əvvəlki səviyyəyə çatacağına əmindir. Məsələn, Avropada daxili uçuşlar 2019-cu ildə olmuş səviyyəyə 2023-cü ilin əvvəlində, qitələrarası uçuşlar 2024-cü ilin ortalarında çatacaq. Fərq koronavirus pandemiyası ilə əlaqədar bəzi məhdudiyyətlərin qalması ilə bağlıdır.

Hava səyahətinin bərpasına təsir edən digər amil işgüzar səfərlərin uzunmüddətli perspektividir. Xüsusilə, ən vacib dəyişən amillərdən biri məsafəli iş və videokonfransın işgüzar səfərlərə ehtiyacı daimi olaraq azaltması ehtimalıdır.

Hesabata görə, 2020-2040-cı illər arasında hava səyahətləri Afrikada (5,4 faiz) və Asiya-Sakit okean regionunda (5 faiz) güclü şəkildə artacaq ki, bu da Avropa (3,1 faiz) və Şimali Amerikadan (2,7 faiz) yüksək olacaq. Donanmada dar gövdəli təyyarələr üstünlük təşkil edəcək və 2032-ci ildə ümumi təyyarələrin 64 faizini əhatə edəcək (2020-ci ildə bu göstərici 58 faiz idi), çünki COVID-19 səbəbindən beynəlxalq nəqliyyatın ləng bərpası geniş gövdəli təyyarələrin sayını azaldır. Onlar, həmçinin daha səmərəli və daha az çirkləndirici olacaq, xüsusən də Avropa hökumətlərinin qısa reysləri qatarlarla əvəz etmək niyyəti sayəsində.

“Oliver Vayman”, həmçinin pandemiya zamanı hava yüklərində müşahidə olunan tarixi “bumu” qeyd edir ki, bu da İspaniya kimi ölkələrdə elektron ticarətin inkişafına səbəb olub.

Bu fakt 2021-ci ildə sərnişin təyyarələrinin yük təyyarəsinə çevrilməsinin rekord həddə çatmasına səbəb olub. Ötən il 100-dən çox təyyarə yenidən təchiz edilib və proqnozlara görə, onların sayı getdikcə artacaq.

TED.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man