Qazaxıstan benzin və dizel yanacağının ixracına qoyulan qadağanı uzatmaq istəyir

13 Aprel 2022 | 14:38
OXUNUB: 785

Qazaxıstan bir sıra neft məhsullarının ölkədən ixracına məhdudiyyət müddətini artırmaq niyyətindədir.

Avtosfer.az xəbər verir ki, Qazaxıstan maye qaz istehsalını 12,9 faiz azaldıb. Ukraynada baş verən hadisələrlə əlaqədar maye qazın istehsal həcmi 717 min ton olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 87,1 faiz təşkil edir.

Göstəricilərin azalmasının səbəbi Ukraynaya ixracın qeyri-sabit vəziyyəti ilə bağlı Qazaxıstanın “Tengizşevroil” zavodunda istehsalın azalması olub.

Energetika naziri Bolat Akçulakov bildirib ki, Qazaxıstanda avtomobil nəqliyyatı ilə benzin, dizel yanacağın və digər ayrı-ayrı neft məhsullarının ölkədən ixracına qadağa qoyulub və daha altı ay uzadılması məsələsi nəzərdə tutulur.

AZƏRTAC

Xatırladaq ki, Qazaxıstan 2021-ci il noyabrın 21-dən ölkə ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına 6 ay müddətinə qadağa qoymuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man