Almaniya Ordusu üçün istehsal edilən “Boxer” zirehli döyüş maşınlarının optik sensorlarını “Thales” şirkəti hazırlayacaq. Ordu.az xəbər verir ki, şirkət PAAG elektro-optik sensor sisteminin tədarükü üçün maşınların istehsalı ilə məşğul olan “Krauss-Maffei Wegman” şirkəti ilə müqavilə imzalayıb.
“Boxer” maşınlarına inteqrasiya ediləcək sistemin ilk dörd prototipi gələn il ərzində təhvil veriləcək. Bu optik vasitələr maşınların uzun mənzilli kəşfiyyat, müşahidə, identifikasiya (DRI) sistemlərini təşkil edəcək. Avtomobilin gecə və gündüz şəraitində, hərəkətdə və hərəkətsiz vəziyyətdə nişan alma qabiliyyətini artıracaq optik sistemlər avtomobilin içindən idarə oluna bilir.
Lazer məsafəölçən ilə 10 kilometr məsafədə kəşfiyyat fəaliyyətləri həyata keçirə bilən sistem arxa plandakı hədəfləri aşkar etmək üçün avtomobildən daha hündür səviyyəyə qalxa biləcək.
8×8 zirehli döyüş maşını “Boxer” hər cür ərazi və müxtəlif tapşırıq ssenarilərində işləmə qabiliyyəti ilə seçilir.
“Thales” və Almaniya arasında sistemin kütləvi istehsalı ilə bağlı müqavilənin 2025-ci ildə imzalanması gözlənilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man