Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində düzgün yerləşdirilməyən yol nişanı təyinatı üzrə düzəldiləcək.
Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, sözügedən küçədə yol nişanı küləyin təsirindən fırlanıb. Məsələnin aradan qaldırlması üçün aidiyyəti üzrə tədbirlər görülür.
***
Bakıda küçələrdən birində qoyulan yol nişanını sürücülərdən başqa hər kəs görür.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindən gedir. Sosial şəbəkədə yayılan görüntülərdə ərazidə “Araz” marketlə üzbəüz qoyulan yol nişanının sürücülərin görmə bucağına uyğun olmayan formada quraşdırıldığı əks olunub.
Belə ki, yol kənarında xəbərdarlıq yol nişanlarından olan 1.16.3 - Qabarıq yol nişanı qoyulub. Lakin nişanı düzgün istiqamətə qoymadıqları üçün sürücülər onu görmürlər.
Həmin görüntüləri təqdim edirik:
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man