Son zamanlar sərnişinlər günün pik saatlarında avtobusların çatışmazlığından, sərnişinlərin yolda qalmasından şikayət edir. Avtosfer.az xəbər verir ki, bunun səbəbini araşdırarkən maraqlı bir məqam ortaya çıxır. Məlum olur ki, BakuBus MMC-nin Hövsan qəsəbəsində yerləşən bazasında, gün ərzində 300-ə yaxın avtobus xəttə buraxılmır. Buna səbəb həmin avtobuslarda texniki nasazlığın yaranmasıdır. BakuBus Bakı nəqliyyat Agentliyindən (BNA) alınıb Azərbaycan İnvestisiya Holdinqinə (AİH) veriləndən sonra həmin avtobuslarda heç bir təmir işi aparılmayıb. Əldə etdiyimiz məlumata görə, BNA əvvəllər bu işi daxili imkanlar hesabına həyata keçirsə də, hal-hazırda AİH bu məsələ ilə bağlı heç bir tədbir görmür. Nəticədə isə 300-ə yaxın avtobus xəttə çıxmır. Artıq o həddə gəlib çatıb ki, hətta 15 avtobusdan ibarət marşrut xəttində cəmi 2-3 avtobus işləyir. Belə olan halda isə intervalın vaxtı uzanır, sərnişinlər isə yollarda qalır.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man