Hindistanın milli aviadaşıyıcısı Air İndia aviakompaniyası Rusiya hava məkanı üzərindən uçuşlarını davam etdirəcək.
Avtosfer.az xəbər verir ki, RF ərazisi üzərindən uçmaq Air İndia kompaniyasına Hindistandan ABŞ-a birbaşa reyslər həyata keçirilməsində böyük üstünlük qazandıracaq.
Qəzet yazır ki, demək olar, bütün Qərb aviakompaniyaları Rusiya hava məkanında uçuşları dayandırıb və ondan yan keçməklə daha uzun marşrutlar üzrə uçmağa məcburdur. Hazırda aviasiya yanacağının qiymətinin artması onlara ikiqat zərbə vurur. Bu səbəbdən də Amerika aviakompaniyaları Yeni-Dehlidən Los-Ancelesə və Mumbaydan Nyu-Yorka birbaşa uçuşları dayandırıb. Hazırda bu marşrutlar üzrə reysləri yalnız Hindistan aviadaşıyıcısı yerinə yetirir.
Xatırladaq ki, fevralın 27-də Avropa İttifaqının 27 ölkəsinin XİN rəhbərləri birliyin hava məkanının RF təyyarələri üçün tam bağlanmasını qərara alıblar. Ertəsi gün Rusiya cavab addımı olaraq öz hava məkanını 36 ölkə üçün bağlayıb.
AZƏRTAC
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man