Səidənin qətlinə görə saxlanılan əmisi oğlu ona təcavüz edib? - VIDEO

12 Aprel 2022 | 14:00
OXUNUB: 659

Xəbər verdiyimiz kimi , Masallı rayonunda 7 il əvvəl itkin düşən Səidə Cəfərovanın qətlə yetirildiyi məlum olub və əmisi oğlu Əfrayıl Cəfərov saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Səidənin anası Bibixanım Cəfərova 2021-ci ildə Xoşqədəm Hidayətqızının proqramına çıxıb. O, Səidənin əmisi oğlu Əfrayıl tərəfindən öldürüldüyünü iddia edib. Belə ki, B.Cəfərova 2015-ci ildə 1 ay müddətində Bakıda digər qızının müalicəsi ilə əlaqədar xəstəxanada olduğu vaxt Səidəni əkin sahəsinə hər gün Əfrayıl aparıb-gətirib.

Ana əlavə edib ki, qızı gündəlik tutub və hər gün yaşadıqlarını gündəliyə yazıb. Gənc qız həmin gündəlikdə Əfrayılın ona təcavüz etdiyini qeyd edib.

"Səni axtarıram" verilişində qonaq olan Əfrayıl isə ittihamları rədd edib. Lakin o, həmin vaxt təcavüz söz-söhbətinin yaranmasına görə Səidə ilə evlənməyə razı olduğunu deyib. Əfrayılın atası Əlisa Cəfərov da qardaşı qızı barəsində xoşagəlməz söhbətlərin yarandığı vaxt onu oğlu ilə evləndirmək istədiyini, bunu isə nəslin adına görə etmək istədiyini deyib.

Verilişdə qonaq olan Əfrayıl Səidənin yoxa çıxmasından bir neçə gün əvvəl onu atasının əmisi nəvəsi ilə həyətdə gördüyünü və irad bildirdiyini, bu zaman isə qızı döydüyünü etiraf edib.

Fotoda: Bibixanım Cəfərova və Əfrayıl Cəfərov

Qeyd edək ki, bir ilə yaxın aparılan araşdırmalardan sonra Masallı rayon Prokurorluğu itkin düşmə faktı ilə bağlı istintaqı intensivləşdirib. Əldə edilmiş məlumatlar, həmçinin iddialar araşdırılaraq təsdiqini tapıb və Səidə Cəfərovanın 2015-ci ildə əmisi oğlu, Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Əfrayıl Əlisa oğlu Cəfərov tərəfindən öldürülərək çay kənarında basdırılması müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Nizam Rza

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man