Yenilənmiş “BMW X6 M” -in ilk görüntüləri - FOTO

12 Aprel 2022 | 22:00
OXUNUB: 1101

Xarici avtojurnalistlərin obyektivlərində yenilənmiş “BMW X6 M”-in görüntüləri yer alıb.

Avtosfer.az xəbər verir ki, kupe formalı krossoverlərin kuzovunun ön hissəsində dəyişikliklər edilib. Yenilənmiş “BMW X6 M” kamuflyaj ilə diqqətlə örtülsə də, avtomobilin yenilənmiş versiyasının radiator barmaqlığına və yeni bir ön bamperə sahib olduğunu aşkar görmək olur. Bundan əlavə, bütün optika LED-lərin fərqli bir konfiqurasiyası da quraşdırılıb.

бмв 2

Yenilənmiş “BMW X6 M”-in interyerində sürücüyə yönəlmiş əyri sensorlu ekrana malik müasir multimedia sistemi gözlənilir. Kapotun altında 625 at güclü MHEV-hibrid güc aqreqatı var. O ikiqat turbo doldurma ilə təchiz edilmiş 4,4 litrlik benzin V8 və 48 voltluq starter-alternatordan ibarətdir.

Yenidən tərtib edilmiş “BMW X6 M”-in təqdimatı  gələn ilin yazında baş tutacaq. Krossoverin  satışı isə gələn ilin yayına planlaşdırılır.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man