DYP əməkdaşları Qubada reyd keçirib - FOTO

İctimai nəqliyyat 12 Aprel 2022 | 11:42
OXUNUB: 448

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yolunu nəzərdə tutulmamış yerlərdən keçən, yerüstü və yeraltı piyada keçidləri olduğu halda onlardan istifadə etməyən piyadaların, həmçinin lüzumsuz siqnallardan istifadə edən, sürət həddini aşan, bir-birlərinə yol verməyən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirmə tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı rayonun müxtəlif küçə və prospektində piyada təhlükəsizliyinin təmin edilməsinə, mövcud piyada keçidlərindən səmərəli istifadə olunmasına, yol hərəkəti təhlükəsizliyinin təbliğində hərəkət iştirakçılarının mövcud qaydalara riayət etməsinə daha çox diqqət yetirilib.

Eləcə də sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara yol hərəkəti haqqında qanunun tələbləri, sürücülərin hüquq və vəzifələri barədə müfəssəl məlumat verilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man