Qanunsuz sərnişin daşıyanlar Şamaxinkadan çıxarılır?

Yazarlar 12 Aprel 2022 | 14:38
OXUNUB: 1268

"Qanunsuz sərnişin daşıyanlarla bağlı nəzarət mexanizmi güclü olmalıdır”.

Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki,  hazırda bu istiqamətdəki problemlər aidiyyatı qurumlara məlum olsa da, qarşısını almaq tam mümkün olmur:

"Çünki pandemiya dövründə rayonlararası, şəhərlərarası ictimai nəqliyyat işləmədi. İnsanlar qanunsuz sərnişindaşıyanların imkanlarından geniş şəkildə istifadə etdilər. Bu gün də onları qanuni sərnişindaşıyanlarla səfər etməyə çağırmaq bəzən nəticə vermir. Avtovağzaldan avtovağzala hərəkət etməyi tövsiyə etsək də, baxırıq ki, kənarda gizli yolla xidmət edən, işləyən mikroavtobuslara, taksilərə minib gedirlər. Əslində buna ciddi nəzarət oluna bilər. Onların yığışdığı məkanlar bəllidir – Şamaxinka dairəsi, yaxud avtovağzalın ətrafı, Sabunçu rayonunda, Qaradağ rayonu Lökbatan dairəsində. Onlarla görüş keçirib qanuna əməl etməyə səsləmək lazımdır”.

Müsahibimiz deyib ki, əvvəlcə təbliğat xarakterli söhbətlərin aparılması məqsədəuyğundur:

"Sözügedən şəxslər üçün həm də şərait yaradılmalıdır. Şamaxinkadan bu insanları çıxarsaq, harada dayana bilərlər – bax, bunu düşünmək lazımdır. Beynəlxalq Avtovağzal onlara yer təklif edir ki, gəlin burada xidmət edin və qazancınızın da müəyyən cüzi faizini avtovağzala ödəyin. Bu, bütün dünyada belədir, hansısa ərazidən istifadə edirsənsə, ödəniş etməlisən. Şamaxinkada tıxac yaradıb camaatın əsəbləri ilə oynayırsan, heç kimə də pul ödəmirsən – belə olmalı deyil, axı. Avtovağzal ərazisində onlara imkan yaradılırsa, zəhmət çəkib ərazidən istifadəyə görə ödəniş etməlidirlər. Bundan sonra təbii ki, onlar normal fəaliyyətlə məşğul ola bilərlər, vaxtında tibbi müayinədən keçərlər, avtomobillər normal vəziyyətdə olar. Bu gün yol nəqliyyat hadisələrinə baxsaq, 90 faizi qanunsuz sərnişindaşımalarla məşğul olanların törətdiyi xətalardır. Qanunvericilikdə bununla bağlı elə ciddi boşluq yoxdur, sadəcə icra mexanizmində problemlər var”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man