Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısını alıb

12 Aprel 2022 | 13:38
OXUNUB: 835

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

Bu barədə Avtosfer.az DGK-ya istinadən xəbər verir.

Belə ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyən etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının və çamadanlarının içərisində gömrük nəzarətinə bəyan edilməyən, qızıl zərgərlik məmulatları -10 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti, 8 ədəd sırğa-üzük dəsti, 6 ədəd sırğa-üzük-kulon dəsti, ədəd sırğa-üzük-qolbaq-dəsti, 1 ədəd qolbaq-kulon dəsti, həmçinin ədəd qolbaq, 5 ədəd üzük, 2 ədəd sancaq və ədəd kulon aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 949,51 qram olan 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man