Avtomobili düzgün park etməyən sürücü digər sürücülərə çətinlik yaradıb. Oxuculardan biri qeydə aldığı fotonu Avtosfer.az-ın qaynar xəttinə göndərib. Belə ki, 99-XP-752 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü aprelin 12-də, paytaxtın Azərbaycan prospektində yerləşən qapalı parkinq ərazisində maşını nəzərdə tutulmuş yerdən kənarda park edib. Sürücü iki avtomobilin yerini zəbt etdiyi üçün, digər avtomobillərin park edilməsində çətinlik yaranıb.
Parkinqlərdə bu cür hallara tez-tez rast gəlmək olur. Belə sürücülər yalnız öz rahatlıqlarını düşünürlər. İrad bildirdikdə isə “tələsirdim” deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Ona görə də istər qapalı parkinq ərazilərində, istərsə də açıq məkanlarda avtomobili park edərkən digər insanların rahatlığını da düşünmək lazımdır. Öz rahatlığı üçün digər insana narahatlıq yaratmaq düzgün hesab olunmur.
Leyla
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man