Yevlaxda korrupsiyaya qarşı mübarizəyə dair müşavirə keçirilib

12 Aprel 2022 | 10:36
OXUNUB: 355

Yevlax Şəhər İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil şöbəsinin və onun tabeliyində olan təhsil müəssisələrinin, rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə korrupsiya və rüşvət kimi neqativ hallara qarşı mübarizə, həyata keçirilən profilaktik tədbirlər mövzusunda geniş tərkibli müşavirə keçirilib.

Avtosfer.az xəbər verir ki, müşavirədə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən islahatlar barədə geniş məlumat verən Anar Tağıyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir.

Bildirilib ki, son illərdə rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflıq tam təmin olunur, mövcud olan neqativ hallar aradan qaldırılır. Bu müşavirənin keçirilməsində əsas məqsəd təhsil sahəsində olan şəffaflığı qorumağı bir daha müzakirə etmək, bu sahədə aparılan işlərin davam etdiriləcəyini bir daha diqqətə çatdırmaq, xatırlatmaqdır. Bu gün hər bir təhsil işçisinin üzərinə rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da bu sahədə olan şəffaflığı tam təmin etmək kimi böyük məsuliyyət düşür.

Qeyd edilib ki, ölkə başçısının hər bir rəhbər şəxs qarşısında qoyduğu əsas tələb vətəndaşa xidmət, rüşvət və korrupsiya hallarına qarşı barışmaz mövqe tutmaqdır. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan bu kimi maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyəti vurğulanıb.

Müşavirədə çıxış edən Yevlax Rayon Prokuroru Ceyhun Almasov, Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev və başqaları diqqətə çatdırıblar ki, Azərbaycanda korrupsiya ilə mübarizə üçün ciddi sistem yaradılıb. İslahatlar korrupsiyanı cəmiyyətimizin ictimai həyatından sıxışdırıb çıxarmağa xidmət edir. Bu mübarizədə ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələr izah edilib, qurumlara daxil olan hər bir müraciətin ciddi şəkildə araşdırılacağı vurğulanıb. Cəmiyyətin mənəvi sağlamlığının keşiyində müəllimlərin dayandığını qeyd edən çıxışçılar bu sahədə çalışan hər bir insanın öz işinin məsuliyyətini dərk etdiyini və öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını bildiriblər. Baş verən hər bir neqativ halın cəmiyyət tərəfindən də hər zaman xoşagəlməz hal kimi qarşılandığını diqqətə çatdırıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man