Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Nəsir Əhmədov idarə etdiyi “Hyundai Accent” markalı minik avtomobili ilə yolu keçmək istəyən doqquz yaşlı Əlizaman Qədimlini vurub.
Azyaşlı ağır vəziyyətdə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Qafqazinfo”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man