Rusiya yaxın günlərdə defolt elan edə bilər

11 Aprel 2022 | 23:59
OXUNUB: 4660

Rusiya yaxın günlərdə defolt elan edə bilər.

Avtosfer.az CNN-ə istinadən xəbər verir ki, bu barədə "Standard & Poor's" agentliyi məlumat yayıb. Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək. Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər. Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib. Lakin bu müddətdə borcun ödəniləcəyi real görünmür. Analitiklər bununla da ölkə iqtisadiyyatının tamamilə çökəcəyini proqnozlaşdırır. Bu isə son 100 ildə Rusiyanın üzləşdiyi ilk daxili defolt kimi tarixə düşəcək. Ölkə buna qədər 1998-ci ildə xarici öhdəlikləri üzrə defoltla üzləşib. Lakin hazırda baş verənlər xarici borclar üzrə 1917-ci ildən bəri ilk analoji haldır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man