Rusiya Silahlı Qüvvələri hərbi xüsusi əməliyyat başlayandan bəri Ukraynanın 1800-dən çox hərbi obyektini məhv edib.
Sfera.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov cümə günü bildirib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 65 komanda məntəqəsi və rabitə mərkəzi, 56 ədəd "S-300" zenit raket kompeksi, "Buk M-1" və "Osa” sistemləri, 59 radar stansiyası vurulub.
Ukrayna Silahlı Qüvvələrinin 49 yerdə və 13 havada təyyarəsi, 635 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 252 səhra artilleriya və minaatan, 442 ədəd xüsusi təyinatlı hərbi texnikası, o cümlədən 54 pilotsuz uçuş aparatı da məhv edilib.
(baku.ws)