Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində intihar faktı baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir. Xəbərə görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man